Cümə axşamı , Avqust 13 2026
azfa

Kürd terror təşkilatların Tehrana quru əməliyyatını rədd edib, Urmiyaya doğru irəliləmə təklif etdikləri bildirilir

GADTB: Amerikanın Səsinin fars bölməsinin “Omq-e Meydan” proqramında aparıcı Fatimə Xezr Heydərinin Mustafa Hicri ilə müsahibəsi zamanı diqqət çəkən iddialar səsləndirilib.

Proqramda əsasən İran Kürdüstan Demokrat Partiyasınin silahlı fəaliyyəti müzakirə olunub. Mustafa Hicri bildirib ki, partiyasının silahlı fəaliyyəti hazırda dayandırılıb, lakin silahlı mübarizənin tamamilə başa çatdığını düşünmür və bunun gələcəkdə yenidən gündəmə gələ biləcəyini deyib.

Veriliş zamanı aparıcı Fatimə Xezr Heydəri bildirib ki, onların əldə etdiyi məlumata görə, İran, ABŞ və İsrail arasında baş vermiş son münaqişə zamanı silahlı kürd qrupları Tehrana doğru quru əməliyyatında iştirak etməkdən imtina ediblər. Onun sözlərinə görə, həmin qruplar bunun əvəzinə Urmiya istiqamətində quru irəliləyişi həyata keçirə biləcəklərini və onun ifadəsi ilə desək, “ortaq kürd–azəri bölgələri” üzərində nəzarəti ələ ala biləcəklərini bildiriblər.

Mustafa Hicri isə müsahibə zamanı bu iddianı təkzib etməyib.

Xəbərdə əlavə olaraq qeyd olunur ki, Amerikanın Səsinin fars bölməsinin hazırkı rəhbərliyində kürd jurnalist Əli Cavanmərdinin yer alması və Mustafa Hicrinin bu iddianı rədd etməməsi səbəbindən, müəlliflər səsləndirilən məlumatın doğru ola biləcəyini irəli sürürlər.

Həmçinin bildirilir ki, bəzi media orqanlarının məlumatına əsasən, Türkiyənin ABŞ-yə göstərdiyi təzyiq silahlı kürd qruplarının planlaşdırıldığı iddia olunan quru əməliyyatının ləğv edilməsində rol oynayıb.

Həmçinin yoxlayın

İraq terrorçu qrupların tərksilahı üçün 30 sentyabrı son tarix müəyyənləşdirib

GADTB: İraq hökuməti İran rejiminin dəstəklədiyi qruplar da daxil olmaqla, rəsmi strukturlardan kənarda fəaliyyət göstərən …

Ərdəbildə İran rejimi insanların şəxsi həyatına yeni məhdudiyyətlər tətbiq edir

GADTB: İranın Ərdəbildəki prokurorluğu insanların geyim və xarici görünüşünə nəzarətlə bağlı yeni məhdudiyyətlərin tətbiq ediləcəyini …