GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Afrini əlində saxlaya bilməyəcəyini anlayan terrorçuların nəzarəti Əsəd rejiminə təhvil vermək cəhdi uğursuzluqla nəticələnib.
Tel Rıfat ərazisində görüşən YPG və Əsəd rejimi Suriya ordusunun Afrinə girməsi barədə razılığa gəlsə də, rejimin təklifi sövdələşmənin baş tutmasına əngəl olub.
Məlumata görə, Afrinə girməyə hazır olan Əsəd rejimi YPG-dən bunun müqabilində ABŞ-ın onlara verdiyi silahları istəyib. YPG-nin təklifə mənfi yanaşmasına görə terror qruplaşmasının çirkin oyunu baş tutmayıb.
Qeyd edək ki, Rusiya mətbuatı Əsəd rejiminin YPG ilə anlaşdığını və tezliklə Afrinə girəcəyini açıqlamışdı.
Bu arada isə əməliyyatın davam etdiyi müddət ərzində məhv edilmiş terrorçu sayı 1595-ə yüksəlib.