GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi farslar və terrorçu kürdlərin Azərbaycanla düşmənçilik zəminində dəfələrlə təkəmçilər heykəlini sındırmalarından sonra Təbriz bələdiyyəsi heykəlləri Təbrizin Vəliəsr küçəsindən götürüblər.
Dünən yenidən naməlum şəxslər həmin heykələlərə hücum edərək onları qırıblar. Heykəllərin Azərbaycanla düşmənçilik edən paniranistlər və terrorçu kürdlər tərəfindən sındırıldığı bildirilir.
Heykəlin yerləşdiyi bölgədə və mağazalarda bir neçə təhlükəsizlik kamerası olduğu üçün İranın təhlükəsizlik orqanları heykələ hücum edənləri asanlıqla tapa bilər. Lakin Azərbaycanla düşmənçilik onların ürəyincə olduğu üçün buna meyl göstərmirlər.
Təbriz bələdiyyəsi heykəlləri bərpa etdikdən sonra Elgölü bağına quraşdıracağını bildirib.