Cümə , Aprel 26 2024
azfa

Kürd terrorçuların simvolunun şəhərlərinə quraşdırılmaına etiraz edən tikantəpəli fəallara bəraət verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Tikantəpə (Tekab) şəhərində yerli olmayan kürdlərin PJAK terror təşkilatının simvolunu şəhərin mərkəzində quraşdırılmasına etiraz edən şəhər əhalisindən olan azərbaycanlı fəallara bəraət verilib.

Rejimin Kürdüstandan həmin Azərbaycan şəhərin təyin etdiyi bələdiyyə başçısı Naseh Məhəmmədxaninin şikayəti əsasında məhkəməyə çağırılan 9 tikantəpəli azərbaycanlı cəriməyə məhkum edilib. eyni zamanda rejimin məhkəməsi azərbaycanlı fəallara “Ümumi asayişi pozmaq” ittihamından isə bəraət vermişdir. Həmin qərar isə yerli olmayan kürd bələdiyyə başçısının etirazı ilə qarşılanmışdı və o yerli əhaliyə qarşı Apelyasiya məhkəməsində iddia qaldırmışdı.

Apelyasiya məhkəməsi isə ilkin məhkəmənin bəraət qərarını qüvvədə saxlayıb.

Həmin şəhər əhalisi şəhərlərində “Pejak” terror qruplaşmasının simvolunu heykəl şəklində quraşdırılmasına etiraz etdikləri üçün qeyri-yerli və kürd bələdiyyə başçısının qəzəbinə tuş gələrək məhkəməyə verilmişdir.

Azərbaycanlı sakinlər Saib Nəhavəndi Tikantəpə, Abdulla Əflaki, Vəhid Sədri, Nəvvab Cahani, Əli Hidayəti, Hadi Şəhbazi, Yavərəli Qəmərniya, Ramin Rzayi və Məcid Zahidpur rejimin Tikantəpədəki Cinayət Məhkəməsinin 102-ci şöbəsi tərəfindən 100 min tümən cəriməyə məhkum ediliblər.

Rejimin məhkəməsi həmin şəhər sakinlərini ictimai nizam-intizamı pozmaq ittihamından bəraət verərək, onları guya bələdiyyə başçısını təhqir etməkdə təqsirli bilib.

Qeyd edək ki, irqçi fars rejim hər zaman Azərbaycana qarşı terrorçuları dəstəkləyib və Azərbaycanı terror yuvasına çevirib kürdləşdirmək üçün əlindən gələni əsirgəmir.

Həmçinin yoxlayın

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Ermənilər Azərbaycanla sərhəddə döyüş mövqelərini sökməyə başladılar

GADTB: Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür. Bu barədə …

Bir cavab yazın