Cümə axşamı , İyun 1 2023
azfa

Kürdlərin səyilə Urmiyanın “Şəhrdari” voleybol komandası ləğv edildi, Təbrizin komandası fəaliyyəti göstərir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin göstərişi ilə Güney Azərbaycana ayaq açan kürdlərin səyi ilə Urmiyanın Şəhrdari komandasının fəaliyyəti dayandırılıb. Bu məsələdə maliyyə sıxıntıları bəhanə edilsə də, əslində məqsəd Azərbaycanın idmanını zəiflətmək olub.

Rejimin Daxili İşlər Nazirliyinin Bələdiyyə İşləri üzrə Təşkilatı, Bələdiyyələrin peşəkar idman komandaları saxlamasına qadağa qoyub. Kürdlər də bundan istifadə edərək Azərbaycan idmanına zərbə vurublar.

“Bank vərziş” saytının yaydığı məlumata görə, “həmin qadağaya əsasən Təbrizin “Şəhrdari” komandası da Urmiya komandasının taleyinə  düçar ola bilərdi. Lakin bu komandanın məsulları fəaliyyətlərini davam etdirməyə qərar veriblər, komanda sentyabrın 22-dən məşqlərə başlayacaq.”

“Şəhrdari” komandaları ilə bağlı yayılan xəbərdə Təbriz komandasının hansı şərtlərlə fəaliyyətini davam etdirəcəyi barədə heç bir məlumat yayılmayıb.

Ötən ay Urmiyanın Şəhər Şurası “maliyyə sıxıntıları” bəhanəsini gündəmə gətirərək bu şəhərin “Şəhrdari” komandasının ləğvi ilə bağlı qərar çıxarıb. Şuranın Azərbaycana qarşı yönələn qərarı azərbaycanlı milli-mədəni fəallar və bəzi yerli məsulların kəskin etirazı ilə qarşılanıb.

Şuranın qərarı bir neçə gün əvvəl Urmiyə Şəhər İcra Hakimiyyəti tərəfindən rədd edilib. Bundan sonra qərar Urmiyə Şəhər Şurasının bəzi üzvləri, o cümlədən “Sepah” üyəsi olan üzvü Hüseyn Pənahinin israrı ilə “İxtilafları Həll edən Heyət”ə göndərilib.

Qeyd edək ki, Urmiyanın Güney Azərbaycanda voleybol sahəsində birinci yerdə dayandığı üçün Urmiyanın Şəhrdari komandasının ləğvi rejim və onun əlaltıları tərəfindən məqsədli şəkildə həyata keçirilib.

Həmçinin yoxlayın

İranın ABŞ-ın sanksiyalarında gizli yayındığı ifşa olundu

GADTB: Washington Post: “Mühacirətdə olan İran rejiminə müxalif qrupun açıqladığı gizli daxili sənədlər göstərir ki, …

Təbrizdə molla rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdə həbs etdiyi azərbaycanlı fəallara …

Bir cavab yazın