GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminin Britaniyadakı səfirliyinin binası tutularaq, İran adlanan ölkənin bayrağını endirib.
Məlumata görə, hücum edən şəxslərin Londondakı dini qruplardan birinin üzvləri olduğunu bildirib. Səfirliyə hücum edən şəxslər həmçinin irqçi fars rejiminin rəsmi şəxslərinin ünvanına təhqiramiz şüarlar səsləndiriblər.
“BBC Fars” isə hücum edənlərlə bağlı maraqlı məlumat yayıb. Radio bu şəxslərin ayətulla Sadiq Şirazinin ideyalarının davamçıları olduğunu bildirib.
Qeyd edək ki, Sadiq Şirazi 2001-ci ildə vəfat edib. O, İranın keçmiş dini lideri Xomeyninin əsas düşmənlərindən biri sayılır.