Bazar ertəsi , Noyabr 10 2025
azfa

Məhəmmədrza Həsənzadə 1 il həbs və 30 şallaq zərbəsinə məhkum edilib

GADTB-nin mətbuat mərkəzinin “Araznews” saytına istinadən yaydığı məlumata görə Sulduz şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Məhəmmədrza Həsənzadə “qanunsuz toplantı keçirməklə ümumi asayişi pozmaqda” ittiham edilərək 1 il həbs və 30 şallaq zərbəsinə məhkum edilib.

Məlumata görə Sulduz şəhərinin məhkəməsi bu hökmü bir il müddətinə asılı saxlayıb. Məhkəmə hökmündə göstərilir ki, həmin qərarın verilməsindən aban ayının 30-dək (noyabr ayının 21-dək) hər hansı cinayət işləsə hökmün asılılıq qərarı təsirsiz ediləcək.

Qərarın asılılıq müdəti sona çatandıqda isə Məhəmmədrza Həsənzadənin ittihamı sübut edilmədiyi, eləcə də əsaslı müdafiəsi və ittihamı inkar etdiyi üçün ona bəraət verilə bilər.

Həmçinin yoxlayın

Evin həbsxanası önündə aksiya – “Araz Aman”ın ailəsi də etirazçılara qoşuldu

GADTB: Artıq üçüncü gündür ki, Tahir Nəqəvi və Vədud Əsədinin ailə üzvləri və yaxınları, bu …

İki hindli “nüvə alimi” adı ilə İranı aldadıb milyonlar qazanıb

GADTB: İranda iki hindistanlı şəxs – Axtar Hüseyni Qutbuddin Əhməd və Adil Hussaini – özlərini …