Bazar , Oktyabr 1 2023
azfa

Mərənd şəhərindərejimin məktəbə kimyəvi hücumnda iki azərbaycanlı məktəbli qız ölüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin martın 16-da Güney Azərbaycanın Mərənd şəhərindəki “Həzrəti Ruqəyyə” orta məktəbinə kimyəvi terror hücumu nəticəsində iki azərbaycanlı məktəbli ölüb.

Bu ağır kimyəvi hücumdan sonra bir çox şagird xəstəxanaya aparılıb və iki gün keçməsinə baxmayaraq hələ də xəstəxanadan buraxılmayıblar və vəziyyətlərinin kritik olduğu bildirilir.

Təəssüf ki, sözügedən məktəbin xəstəxanaya yerləşdirilən onlarla şagirdindən ikisi martın 17-də dünyasını dəyişib.

Azərbaycanlı məttəblilər Fatimə Mehdizadə və Şəbnəm Cəmşidi adlı bu iki qız İslam Respublikası terrorunun qurbanı olublar.

Molla rejimi həmin iki qızın ölümündən sonra onların ailələrinə xüsusi şəkildə hədə-qorxu gəliblər ki, məsələ heç bir şəkildə ictimailəşdirilməməlidir.

Həmçinin yoxlayın

Azərbaycan Xarici İşlər Nazirliyi erməni təxribatını pislədi

GADTB: Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni radikal qruplaşmalarının ABŞ-nin Cənubi Kaliforniya Universitetində təşkil olunan …

Almaniyada Türküstan ölkələrinin iştirakı ilə iclas keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyada Türküstan ölkələrinin iştirakı ilə iclas keçirilib. Sadır …