Çərşənbə , Oktyabr 28 2026
azfa

Məhkəmə kürd valinin susdurmaq üçün şərlədiyi Azərbaycan mətbuatına bəraət verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, məhkəmə kürd valinin susdurmaq üçün şərlədiyi Azərbaycan media orqanları “Yolpres”, “Barışnews” və “Urmiya” xəbər  saytlarına bəraət verdi

Qərbi Azərbaycan Məhkəməsinin ikinci şöbəsi keçirilən məhkəmə iclasında adı çəkilən saytların  müdirləri Bəhram Cəvadi, Səid Purzeynal və Yavər Xeyrinin günahsız olduğunu elan edib.

Qeyd edək ki, irqçi fars rejimin Qərbi Azərbaycanı kürdləşdirmək məqsədilə bu vilayətə təyin etdiyi kürd vali Məhəmmədmehdi Şəhriyari həmin mətbuat orqanlarını şərləyərək, məhkəməyə vermişdi. Məqsəd isə valinin bu vilayətdə kürdləşdirmə istiqamətində cinayətlərinin işıqlandırılmasının qarşısını almaq olub.

Həmçinin yoxlayın

Azərbaycanlı tələbə Günəş Fateh bir aylıq həbsdən sonra 6 milyard tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: Sulduzdan olan 21 yaşlı azərbaycanlı tələbə, Urmiya sakini Günəş Fateh təxminən bir aylıq həbs …

Mehrdad Qadirinin Təbriz Mərkəzi Həbsxanasının 15-ci bölməsinə köçürülməsi

GADTB: Azərbaycanlı fəal Mehrdad Qadiri oktyabrın 29-da, çərşənbə günü səhər tezdən Təbrizdəki iş yerinə molla …

Bir cavab yazın