Məhkəmə qərarının olmasına baxmayaraq 5 aydır azərbaycanllı körpəyə Alaz adına doğum şəhadətnaməsi verilmir

GADTB: Məhkəmə qərarının olmasına baxmayaraq, 5 aydır Culfada rejimin Vətəndaşlıq Qeydiyyatı Şöbəsi azərbaycanlı körpəyə Alaz adına doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Azərbaycanlı körpənin babası Qulu Əbdilzadə Balamın Adı kampaniyasına bu barədə deyib: “Mənim nəvəm 2025-ci ilin 17 aprilində anadan olub və valideynləri onun üçün türkcə “atəş alovu” mənasını verən “Alaz” adını seçiblər. Ancaq Culfa Vətəndaş Qeydiyyatı rəsmiləri bu adın sistemdə olmadığını iddia edərək ada doğum haqqında şəhadətnamə verməkdən imtina ediblər. Biz idarənin qərarından məhkəməyə şikayət verdikdən sonra, Mayın 21-da Culfa Baş Məhkəməsinin 2-ci şöbəsi yeni doğulan körpəmizə Alaz adlı doğum haqqında şəhadətnamənin verilməsinə icazə verib. Ancaq Culfa  Şəhər Vətəndaşlıq Qeydiyyatı idarəsinin rəsmiləri doğum haqqında şəhadətnamə vermək əvəzinə məhkəmənin qərarına etiraz ediblər və iş Təbriz Apellyasiya Məhkəməsinə gedib. Apellyasiya Məhkəməsi işə baxmayaraq onu yenidən Culfa Baş Məhkəməsinə yönəldib.” – Qulu Əbdilzadə bildirib.

Qeyd edək ki, bu ilin iyun ayında Təbrizdə Fərhad Nəcəfi bir illik hüquqi mübarizədən sonra oğluna eyni adlı doğum haqqında şəhadətnamə ala bilmişdi. Lakin molla rejimi hər dəfə yeni maneələr yaratmaqla azərbaycanlı ailələrə öz dillərində övladlarına ad qoyma məsələsinə mane olmağa çalışır.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …