Şənbə , Dekabr 21 2024
azfa

Məhkəmənin qərarına baxmayaraq 5 aydır azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, məhkəmənin qərarına baxmayaraq, Təbrizdə rejimin Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyatı şöbəsi 5 aydır ki, Əmrəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Bu barədə “Balamın Adı” kampaniyasına məlumatlı mənbə bildirib.

Bildirilib ki, “uşağın ata-anası ona türkcə sevgili, sevilən və istənən mənasını verən Əmrə adını seçib. Amma Təbrizdə rejimin Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyatı idarəsinin Lalə şöbəsi bu ada doğum haqqında şəhadətnamə verməkdən imtina edib. Rəsmilər bu ad ad seçim sistemində olmadığı üçün ona doğum haqqında şəhadətnamə verə bilməyəcəklərini açıqlayıblar”.

Əmrənin valideynləri də idarədən Təbriz Baş Məhkəməsinin 18-ci şöbəsinə şikayət edib. Lakin Təbriz Vətəndaşlıq Dairəsi doğum haqqında şəhadətnamə vermək əvəzinə məhkəmənin qərarına etiraz edib və məhkəmə işini İnzibati Ədalət Məhkəməsinə göndərib. İnzibati Məhkəmə isə Əmrənin valideynlərinin şikayətini rədd edib.

Nəticədə belə bürokratik əngəllər nəticəsində Əmrə artıq 5 aydır ki, doğum haqqında şəhadənamə ala bilmir.

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi azərbaycanlı İşçi Hərəkatı fəalını mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı İşçi Hərəkatı …

Çexiya Krım tatarlarının sürgün edilməsini soyqırımı kimi tanıyan 7-ci ölkə olub

GADTB: SSRİ-də 1944-cü ildə sürgün edilməsini soyqırımı kimi tanıyan Çexiyanı alqışlayıb. Dekabrın 18-də Çexiya parlamentinin …