Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Məktəblərdə Azərbaycan türkcəsinin tədrisi layihəsi məclisdə müzakirəyə çıxarılacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil, Nir, Nəmin və Səreyinin məclisdəki millət vəkili Südeyif Bədri “məktəblərdə Azərbaycan türkcəsinin tədrisi” layihəsinnin müzakirəyə çıxarılacağını bildirib.

Bədri bu gün müsahibəsində bu barədə məlumat verib. O deyib:  “Məktəblərdə Azərbaycan türkcəsinin tədris olunması bölgə əhalisi və yerli məsulların əsas tələblərindən biridir. Ona görə də bu məsələ öz həllini tapmalıdır. Hazırda ana dilinin tədrisi ilə bağlı layihəyə 142 millət vəkili imzalayıb. Ümid edirəm ki, layihə parlamentdə müzakirə olunduqdan sonra qəbul olunacaq və məktəblərdə türk dilinin tədris olunmasına şahid olacayıq”.

Qeyd edək ki, Bədri ilk dəfə aprel ayının 17-də məktəblərdə ana dilinin tədrisi ilə bağlı layihə hazırlandığını bildirmişdir. O qeyd etmişdir ki, bu layihə qəbul olunacağı təqdirdə məktəblərdə müxtəlif qeyri-fars millətlərin ana dilinin tədrisinə aparılmalıdır.

 

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın