Çərşənbə , Noyabr 11 2026
azfa

Məlikkəndinin Qaraçal Kənd Şurası Qaraçalın küçə və məhəllərinin əsil türkcə adlarını qaytarıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Məlikkəndi (Məlikan) şəhərinin Qaraçal Kənd Şurası Qaraçalın küçə və məhəllələrinin əsil türkcə adlarını qaytarıb. Məlikkəndinin Qaraçal Kənd Şurasının bu təqdirəlayiq hərəkəti əhalinin razılığı ilə qarşılanıb.

Məlumata görə bölgənin əhalisi və milli-mədəni fəalların haqlı etirazı ilə irqçi fars rejimi tərəfindən Qaraçalın küçə və məhəllələrinin farslaşdırılmış və saxta adları, o cümlədən Bustan, Gülüstan, Hafiz, Sədi və belə adlar ləğv edilərək, küçə və məhəllələrə yerli əhaliyə məxsus türkcə adlar, o cümlədən Səttarxan xiyabanı, Şəhriyar küçəsi, Səhənd küçəsi, Baqirxan xiyabanı, Güllər küçəsi, Xanlıq məhəlləsi, Bağ küçəsi və s. adlar verilib.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …

Bir cavab yazın