Cümə axşamı , Noyabr 19 2026
azfa

M.Zərif 1000 illik türk tarixini irqçi fars rejimın adına çıxmaqla Trampı hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin xarici işlər naziri Məhəmmədcavad Zərif 1000 illik türk tarixini irqçi fars rejimın adına çıxmaqla Trampı hədələyəməyə başladı. O tarixi təhrif edərək dedi: “Tramp “B komandası”nın təhrikləri ilə İsgəndərin, Çingiz xanın və digərlərinin bacara bilmədiyini əldə etməyə ümidlənib. Bütün işğalçılar tarixdən gedib, amma İran min ildir ki, ayaq üstədir”.

Zərif ABŞ prezidenti Donald Trampın tvitter vasitəsilə “Əgər İran müharibə etmək istəyirsə, bu, İranın rəsmən sonu olar” açıqlamasına “iqtisadi terror və soyqırım iynələri İranı bitirməyəcək” sözləri ilə cavab verib.

Qeyd edək ki, Məhəmməd Cavad zərif Ağ Evin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu, İsrailin baş naziri Benyamin Netanyahunu, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanı, Əbu-Dabi vəliəhd şahzadəsi Məhəmməd ibn Zahidi Donald Trampın “B komandası” adlandırır.

Rejimin xarici işlər naziri unudub ki, indiki fars rejimi Böyük Britaniyanın min ildən artıq davam edən türk imperatorlarının sonuncu davamçısı Qacar dövlətinə qarşı çevriliş etməklə 1925-ci ildə Pəhləviləri hakimiyyətə gətirməsi ilə yaranıb. Ondan əvvəl isə əslində tacik olan irqçi farsların bu regionda heç bir dövləti olmuyub.

Həmçinin yoxlayın

May Sato: Müharibə dey ayı etirazları zamanı baş verənlərin unudulmasına səbəb olmamalıdır

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi May Sato Fransa parlamentində çıxışı zamanı bildirib: …

Netanyahu: İslam Respublikasının nüvə təhdidi İsrail sərhədlərində dayanmayacaq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Bir cavab yazın