Şənbə , Oktyabr 24 2026
azfa

Marko Rubio: İran rejiminin maliyyələşdirilməsi minlərlə insanın ölümündə rol oynayıb

GADTB: ABŞ dövlət katibi Marko Rubio milyonlarla insanın izlədiyi çıxışında ABŞ-ın keçmiş prezidenti Barak Obamanın İran rejiminin maliyyələşdirilməsinə və minlərlə insanın ölümünə şərait yaratdığını bildirib.

ABŞ dövlət katibi Marko Rubio deyib: “İranın sərəncamında olan hər bir dollarla bağlı son 30 il ərzində onların etdikləri bundan ibarətdir: nə vaxt pul əldə ediblərsə — istər Obamanın dövründə sanksiyaların ləğvi nəticəsində, istərsə də neft və qaz satışından və digər mənbələrdən — həmin vəsaiti öz xalqı üçün xəstəxana tikintisinə xərcləməyiblər.

Onlar bu pulları iki məqsədə yönəldirlər: özləri üçün silah hazırlamaq və inqilabı ixrac etmək!

Onlar bu vəsaiti terrorçu Hizbullah qruplaşmasının maliyyələşdirilməsinə xərcləyirlər. Terrorçu HƏMAS-ı maliyyələşdirirlər. İraqdakı şiə silahlı qruplarını maliyyələşdirirlər. Bəli, pullarını belə xərcləyirlər. Onlar bu vəsaitdən dünyanın müxtəlif yerlərində terrorizmi və terror planlarını dəstəkləmək üçün istifadə edirlər!

Biz onların amerikalıları öldürmək üçün istifadə etməyi planlaşdırdıqları vəsaitə çıxışının qarşısını alırıq.

Obama İrana nağd pul və sanksiyaların ləğvini verdi, ayətullahlar isə həmin pulları raketlərə və terrorizmə çevirdilər.”

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …