
GADTB: ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Mayk Uolts Təhlükəsizlik Şurasının iclasında İslam Respublikasının Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməməsini kəskin tənqid edərək, bu rejimin nümayəndəsinə bildirib ki, digər ölkələri ittiham etmək Agentliyin tələb etdiyi cavabların verilməsini və məlumatların təqdim olunmasını əvəz edə bilməz.
Uolts “Yalanlarınız burada keçərli deyil” deyərək xəbərdarlıq edib ki, ABŞ və tərəfdaşları İslam Respublikasının nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcəklər.
ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts bildirib:
“İslam Respublikası nümayəndəsi digər ölkələri ittiham etməyə davam edə bilər, lakin bu ittihamlar Beynəlxalq Atom Enerjisi Agentliyinin və bu Şuranın qətnamələri vasitəsilə dəfələrlə tələb etdiyi çıxışı, məlumatları, informasiyanı və əməkdaşlığı əvəz edə bilməz.
Bu gün Beynəlxalq Atom Enerjisi Agentliyi və onun baş direktoru, hazırda bu zalda olan Rafael Qrossi İslam Respublikasından çıxış deyil, cavab tələb edirlər.
Biz bu gün buradayıq, çünki İslam Respublikasının işi Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən bu Şuraya təqdim edilib.
Ona görə də İslam Respublikası nümayəndəsinə təklifim budur ki, bəlkə, əvvəlcə bir neçə suala cavab verməklə başlamaq daha yaxşı olardı.
Amma cənab, baxın, sizin yalanlarınız burada keçərli deyil.
Gündəlikdəki məsələləri müzakirə edə bilərsiniz, icra məsələləri və ya kimin danışmağa icazəsi olub-olmaması barədə mübahisə edə bilərsiniz. Lakin acı və danılmaz həqiqət budur və dünya bunu eşitməlidir:
Amerika Birləşmiş Ştatları və tərəfdaşlarımız sizin dünyanı vahiməyə salmaq üçün nüvə silahına sahib olmağınıza heç vaxt icazə verməyəcəklər.
Vəssalam. Məsələ bitdi.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi