Cümə , Oktyabr 30 2026
azfa

Təbrizli idmançı bir dünya və iki Asiya rekordu müəyyənləşdirib

GADTB: Təbrizli 45 yaşlı döyüş sənətləri idmançısı Xudayar Əzizian yoxuşlu yolda nümayiş etdirdiyi qeyri-adi performansla döyüş idmanlarının müxtəlif növləri üzrə bir dünya və iki Asiya rekorduna imza atıb.

Xudayar Əzizian ilk rekordunda bir saat 32 dəqiqə 33 saniyə ərzində yoxuşlu yolda ayağının pəncəsi ilə 2 030 zərbə endirib. Bu nəticə Asiya rekordu kimi qeydə alınıb.

O, ikinci rekordunda isə bir saat 53 dəqiqə 7 saniyə ərzində dabanla 2 251 zərbə endirərək ikinci Asiya rekordunu müəyyənləşdirib.

Təbrizli idmançı dözümlülük üzrə yarışın üçüncü mərhələsində 2 saat 57 saniyə ərzində 1 953 dairəvi ayaq zərbəsi yerinə yetirib. Müvafiq qurumların açıqlamasına görə, bu nəticə IMARO, IMARO Sport və TAFISA beynəlxalq konfederasiyalarında dünya rekordu kimi qeydə alınıb.

Fövqəladə güc tələb edən hərəkətlər üzrə rekordçu kimi tanınan Xudayar Əzizian bundan əvvəl də idman karyerasında 17 dünya rekorduna imza atıb. Bu rekordların əhəmiyyətli bir hissəsi çətin güc və dözümlülük hərəkətlərinin icrası ilə bağlıdır.

Onun rekordları arasında hər iki əlin bir barmağı üzərində statik və sıçrayışlı jim hərəkətləri, barmaqların ucu üzərində sürətli jim, 4 saat 28 saniyə ərzində dözümlülük üzrə oturub-qalxma hərəkətinin icrası və hər iki əlin bir barmağı üzərində 68 dəfə jim hərəkəti yerinə yetirməsi də var.

İki barmaq üzərində körpü hərəkətinin icrasında Asiya rekordunun qeydə alınması da təbrizli idmançının digər nailiyyətlərindəndir.

Həmçinin yoxlayın

Qadınlardan ibarət “Traxtur” komandası “Mis Rəfsəncan” üzərində böyükhesablı qələbə qazandı

GADTB: “Traxtur”un qadınlardan ibarət futbol komandası çempionatın beşinci turu çərçivəsində “Mis Rəfsəncan”ı 4:0 hesabı ilə …

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …