Bazar , Yanvar 17 2021
azfa

Mikayil Oyta Ermənistanın atəşkəsi pozub Gəncədə hərbi cinayət törətmədi barədə Avstraliyanın xarici işlər nazirinə məktubla müraciət etdi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Avstraliya Assosiyası Prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta Ermənistanın oktyabrın 10-da bağlanmış humanitar atəşkəsi ilk saatlardan pozaraq Ermənistan ərazisindən Azərbaycan şəhərlərinin yaşayış məntəqələrini raket atəşinə tutması və Gəncədə sivil əhalinin yaşayış binalarını raketlərlə atəşə tutaraq onlarla insanı qətliam edib və yaralamaqla hərbi cinayət törətməsi barədə Avstraliyanın Xarici işləri naziri Hon Marise Payne-yə məktubla müraciət etmişdir.

Sayın Mikayıl Oyta işğalçı Ermənistanın və erməni lobbisinin dünyada qərəzli və yalan təbliğatını ifşa etmək və Azərbaycan həqiqətlərini dünya ictimaiyyəti və rəsmilərə çatdırmaq məqsədilə məktubunda işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri ifşa edir. Sayın Mikayıl bəy məktubunun bir hissəsində yazır ki, 10 oktyabrda Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, eləcə də Ermənistanın və Azərbaycanın Moskvadakı xarici işlər nazirlərinin 10 saatlıq danışıqlarından sonra “humanitar əsaslarla” Dağlıq Qarabağda atəşkəs barədə razılığa gəlmişlər. Lakin Ermənistan atəşkəsi elə ilk saatlardan pozub və 11 oktyabrda isə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni yaşayış bölgəsini Ermənistan ərazisindən raket atəşinə tutmaqla çox sayda sivil insanı öldürüb və yaralamaqla hərbi cinayət törədib.

Sayın Mikayıl bəy həmçinin Ermənistanın Azərbaycanın Mingəmevir Su Anbarına, həmin şəhərin, eləcə də Ağdam, Tərtər, Ağcabədi şəhərləri və kəndlərini və Füzuli rayonlarındakı kəndləri və yaşayış yerlərini raket atəşinə tutmaqla beynəlxalq qanunları pozub terror və hərbi cinayət törədir.

Sayın Mikayıl Oytanın mətubunun tam mətnini ingilis dilində təqdim edirik:

Həmçinin yoxlayın

İran rejimi Qaradağda daha bir mədəni talamaqla Azərbaycanda ekoloji fəlaktə səbəb olur

GADTB-nin Mətbuat Mərkəzinin “aznews.tv”yə istinadən yaydığı məlumata görə, İran rejimi Qaradağda yerləşən Doştur Qızıl Mədəninitalamağa …

Türkiyə və Azərbaycan birgə hərbi təlimlərə başlayır – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Azərbaycanın …

Bir cavab yazın