Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Mikayil Oyta erməni vandalizmi ilə bağlı Avstraliyanın xarici işlər nazirinə məktubla müraciət etdi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Avstraliya Assosiyası Prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta 2020-ci il sentyabrın 27-dən Ermənistanın Azərbaycanın yaşayış yerlərinə qarşı vandalist hərəkətləri və törətdiyi hərbi cinayətlə bağlı Avstraliyanın Xarici işləri naziri Hon Marise Payne-yə məktubla müraciət etmişdir.

Sayın Mikayıl Oyta məktubunda həmçinin işğalçı Ermənistanın Azərbaycan millətinə qarşı müxtəlif dövrlərdə cinayət törətməsi, o cümlədən 1992-ci ildə Xocalıda dinc sakinləri soyqırıma məruz qoyması və Ermənistanın s. vandalist əməllərini ifşa edib.

Mikayıl bəy eyni zamanda erməni vandallarının Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən Kəlbəcər, Ağdam, Laçın və s. bölgələrdə meşələri yandırıb və təbiəti məhv etmələri və Azərbaycanın təbii və mədəni irsini dağıtdığını Avstraliya rəsmisinin diqqətinə çatdəırmışdır.

Sayın Mikayıl Oytanın mətubunun tam mətnini ingilis dilində təqdim edirik:

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın