Çərşənbə axşamı , May 13 2025
azfa

Moldova Qaqauz Muxtar Respublikasının rəhbəri həbs edib

GADTB: Moldova Qaqauz Muxtar Respublikasının rrəhbəri Yevgeniya Qutsul barəsində açılan cinayət işi üzrə yeni hallar elan edən prokurorların tələbi ilə 20 sutka müddətinə həbs edilib.

Bu barədə Kişinyov rayon məhkəməsi qərar verib.

“Yevgeniya Qutsula qarşı 20 sutka müddətinə həbs qətimkan tədbirinin tətbiqi barədə vəsatət qismən təsdiq edilsin”, – hakim Sergey Çiobanu qərarı oxuyub.

Qaqauziyanın rəhbəri martın 25-də axşam saatlarında Kişinyov hava limanında İstanbula uçuş üçün qeydiyyatdan keçərkən saxlanılıb. Milli Antikorrupsiya Mərkəzi onun 72 saat həbsdə saxlandığını elan edib. Qutsul 2023-cü ildə Qaqauziyada keçiriləcək prezident seçkiləri üçün seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Qeyd edək ki, Yevgeniya Qutsul Rusiyaya yaxınlığı ilə tanınır.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanda “Yaylıq” nəşriyyatının fəaliyyəti qadağan etdi

GADTB: İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT İdarəsi bu şəhərdə fəaliyyət göstərən “Yaylıq” nəşriyyatının fəaliyyətinə qadağa …

Təbriz Universitetinin səhiyyə işçilərinin və Təbriz telekommunikasiya təqaüdçüləri etiraz aksiyası keçirib

Təbriz Universitetində bir qrup səhiyyə işçisi iş saatlarının azaldılması və həftədə iki günlük tətillərin tətbiqi …