Molla rejimi Əlihan adına görə 51 gündür azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə vermir

GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları Əlihan adına görə azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Azərbaycanlı körpə 51 gündür doğum haqqında şəhadətnaməsiz bütün tibbi xidmətlərdən məhrum qalıb.

Azərbaycanlı körpənin atası Balamın Adı kampaniyasına bu barədə deyib: “Övladımız 7 iyun 2025-ci ildə dünyaya gəlib və biz ona Əlihan adını seçmişik, ancaq İranın Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları bizə bu ada doğum haqqında şəhadətnamə verə bilməyəclərini bildiriblər. Daha sonra onlar bizə bu məsələlərə Tehranın qərar verdiyini, şikayətimizi ora yönləndirməli olduğumuzu dedilər. Artıq 51 gündür ki, övladımız vəsiqəsiz qalıb və biz sığorta xidmətlərindən istifadə edə bilmirik.”

Qeyd edək ki, 2021-ci ildə Əlihan adı Şərqi Azərbaycan əyalətindəki beş ən çox qoyulan addan biri olub. İndi isə bu adın qoyulmasına süni maneələr törədilir.

İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …