Cümə , Oktyabr 16 2026
azfa

“Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində növbəti veriliş yayımlandı – Video

GADTB: Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən SES TV-də növbəti veriliş yayımlanıb.

Verlişin aparıcısı tanınmış hüquqşünas, “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Səməd Vəkilov, qonağı isə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov olub. Veriliş zamanı deportasiya olunmuş qərbi azərbaycanlıların acı taleyindən, tarixi yurd yerlərinə qayıdış arzularından və bu istiqamətdə görülən işlərdən bəhs olunub. İlham İsmayılov qeyd edib:

“Bizim ilk tanışlığımız Mollalının araşdırması ilə bağlı olmuşdu. Mən ata-baba yurdum haqqında ilk dəfə Qərbi Azərbaycan İcmasının toplantısında eşitdim. Sevindirici haldır ki, Prezidentimizin rəhbərliyi altında Qərbi Azərbaycana qayıdış Konsepsiyası bu gün dövlət səviyyəsində prioritet istiqamət kimi qəbul olunub. Bir çox QHT-lər də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə bu istiqamətdə fəaliyyət göstərir. Bu, yalnız Qərbi Azərbaycan əsilli insanların deyil, ümummilli məsələdir.”

Verilişdə həmçinin qeyd olunub ki, deportasiya olunanların əksəriyyəti artıq həyatda olmasa da, onların övladları və nəvələri ata-baba torpaqlarına qayıdış ümidini yaşadırlar.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …