Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi 110 gündür Alparslan adına azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB: Təbrizdə rejimin Vətəndaş Qeydiyyatı İdarəsi aprelin 17-də doğulan Alparslan adlı körpəyə artıq 110 gündür doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Azərbaycanlı körpənin anası Fatimə Hüseynzadə Balamın Adı kampaniyasına bu barədə deyib: “Dünyaya uşaq gətirə bilmək üçün 6 il müalicə aldım və bir çox problemlərlə üzləşdim. Övladımız 17 aprel 2025-cü ildə dünyaya gəldikdə biz ona Alp Arslan adını seçdik. Amma Təbriz Vətəndaşlıq Dairəsinin Əram şöbəsinin məsul şəxsləri bu adı qeydə almaqdan imtina etdilər. Onlara əvvəllər həmin filialda verilmiş eyniadlı doğum haqqında şəhadətnamənin şəklini göstərəndə cavab olaraq “bu şəxslər adı şikayət edib alıblar, siz də şikayət edin, alın!” dedilər. Biz məhkəməyə şikayət versək də hakim iclası artıq bir neçə dəfə təxirə salıb, son ertələmədən sonra isə iclas oktyabrın 21-ə qədər gecikdirilib. Həmin tarixdə məhkəmə iclası baş tutsa belə bu uşağın 6 ay doğum haqqında şəhadətnaməsiz qalması demək olacaq. Mənim bir ana kimi 6 illik məşəqqətdən sonra övladım oldu və indi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi övladıma ad seçmək hüququmu əlimdən alır. Hakimiyyət Kuruş adının qadağan edilməsi ilə bağlı şayiələri dərhal təkzib etsə də Alp Arslan adının seçilməsinə imkan vermirlər. Onların hər ikisi İran hökmdarları olmayıblarmı?”

Qeyd edək ki, İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …