Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Urmiya gölü əvvəlki vəziyyətinə qayıtmaya bilər

GADTB: Tehran Universitetinin Su Tədqiqatları İnstitutunun direktoru Bənövşə Zəhrai bildirib ki, Urmiya gölü bəlkə də artıq geri dönüşü olmayan mərhələyə çatıb və əvvəlki vəziyyətinə qayıtmayacaq.

Onun sözlərinə görə, gölün qurumasının əsas səbəbi əkin sahələrinin su hövzəsinin tutumundan çox olmasıdır və əkin sahələri azalmayana qədər problemi texnoloji yollarla həll etmək mümkün deyil.

Avqustun 1-nə olan rəsmi məlumata əsasən, gölün səviyyəsi 1269,74 metr, sahəsi 581 kvadrat kilometr, su həcmi isə 500 milyon kubmetrə qədər enib. Qeyd edək ki, irqçi fars-molla rejimi Urmiya gölünə axan çayların qarşısını kəsmək və bölgədə çox suya ehtiyacı olan bitkilərin əkinini yaymaqla gölü qurudub.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …