Şənbə , İyun 22 2024
azfa

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəci 3 günlük məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal Əsgər Fərəcini 3 günlük məzuniyyətə buraxıb.

Azərbaycanlı fəal fiziki vəziyyətinin pis olmasına baxmayaraq, lazımi tibbi yardımdan məhrum edilmişdi.

Bir müddət öncə məhkumun ailəsinə yaxın olan məlumatlı mənbə onun son vəziyyəti ilə bağlı məlumat vermişdi: “Cənab Fərəci bel nahiyəsində şiddətli ağrılardan əziyyət çəkir. İşlə bağlı səlahiyyətli orqanlara müraciət etməsinə və ailəsinin onun müalicə üçün tibb mərkəzlərinə göndərilməsi ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq, hələ də lazımi müalicədən məhrumdur.

Qeyd edək ki, Əsgər Fərəci Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “Ölkənin təhlükəsizliyinə qarşı hərəkət etmək məqsədi ilə toplaşmaq və sövdələşmək”, “rejim əleyhinə qruplara üzv olmaq”, “İslam Respublikası sisteminə qarşı təbliğat aparmaq”, “İctimai şüuru pozmaq məqsədi ilə kiberməkanda yalan yaymaq” ittihamları ilə 17 il 4 ay həbs və Cənubi Xorasan əyalətinə 2 il sürgün cəzasına məhkum edilib.

Apellyasiya məhkəməsində bu cəza 5 ilə endirilib.

Əsgər Fərəcinin vəkili Sina Yusifi bu azərbaycanlı fəala verilən hökmlə bağlı açıqlama verib: Müvəkkilim Əsgər Fərəci “Ana Dili” sahəsində sivil fəaliyyətinə görə 4 ilə yaxındır ki, Evin həbsxanasında məzuniyyətsiz saxlanılır.

Həmçinin yoxlayın

Ermənilər Kəlbəcəri atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı …

“Fronline Defenders” molla rejimin həbs etdiyi azərbaycanlı vəkil ilə bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 20-də “Frontline Defenders” İnsan Haqları Təşkilatı bəyanat …