Şənbə , İyul 20 2024
azfa

Molla rejimi azərbaycanlı fəallar Əsgər Əkbərzadə və Səid Sadiqifəri həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanda etiraz aksiyaları ilə bağlı çox sayda azərbaycanlı fəalı yaxalayıb.

Dünəndən molla rejiminin ETTELAAT məmurları Güney Azərbaycanın müxtəlif şəhərlərində evlərə hücum edərək azərbaycanlı fəalları yaxalayırlar.

Yaxalanan azərbaycanlı fəallar arasında Ərdəbildə yaşayan azərbaycanlı fəallar Əsgər Əkbərzadə və Səid Sadiqifərin kimliyini müəyyənləşdirmək mümkün olub.

İrqçi fars-molla rejiminin ETTELAAT məmurları sentyabrın 22-i səhər açılmamış təxminən saat 4-də fəalların evlərinə basqın edərək, onları qandallayıb, naməlum yerə aparıblar.

İrqçi fars-molla rejimi interneti kəsdiyi və sosial şəbəkələri blokladığı üçün yaxalanan azərbaycanlı fəallar barədə məlumat almaq mümkün olmur.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …