Çərşənbə , Fevral 21 2024
azfa

Molla rejimi azərbaycanlı milli fəal Əşakn Saadətmehri məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Əşakn Saadətmehr barəsində açılmış işlə əlaqədar, onu Urmiyada “İnqilab” Məhkəməsinə çağırıb.

Məhkəmə bununla bağlı noyabrın 22-də Əşkan Səadətmehrə bildiriş göndərib. Bildirişdə qarşıdakı dekabr ayının 6-da onun məhkəməyə müraciət etməsi tələb olunub.

Məhkəmə bildirişinin verilməsi ilə eyni vaxtda azərbaycanlı fəalın İnstaqram hesabı İranın ETTELAAT Nazirliyi tərəfindən  bağlanılıb.

Qeyd edək ki, Əşakn Saadətmehr ötən sentyabr ayının 20-də İranın ETTELAAT məmurları tərəfindən saxlanılmışdı.

Azərbaycanlı fəal 26 gün həbsdə qalandan sonra 100 miliyon tümən dəyərində mülk girov qarşılığnda, oktyabrın 15-də  müvəqqəti zaminə buraxılmışdı.

Əşakn Saadətmehr Güney Azərbaycanın milli maraqları üzrə fəaliyyətləri səbəbindən İran hakimiyyəti tərəfindən dəfələrlərlə həbs və təzyiqlərlə qarşılaşmışdı.

Həmçinin yoxlayın

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün fevralın 21-i bütün dünyada Beynəlxalq Ana …

Molla rejimin həbs etdiyi daha bir azərbaycanlı fəalın kimliyi məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həbs dalğasında irqçi fars-molla rejimin həbs etdiyi …