Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Əlirza Fərşinin ailəsinə təzyiq göstərilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,irqçi fars-molla rejimi keçmiş siyasi məhbus və milli-mədəni fəal Əlirza Fərşinin ailəsinə təzyiq göstərilir.

Fərşi bu barədə özünün sosial media hesabında məlumat paylaşaraq bildirib ki, bu, təhlükəsizlik məmurlarının onu telefon vasitəsilə idarəyə çağırmalarına mənfi cavab verməsindən sonra başlayıb.

Əlirza Fərşi 80 yaşlı anası və bacısına zənglər edən rejimin ETTELAAT  məmurlarının heç bir qanuna əhəmiyyət vermədiklərini yazıb.

Qeyd edək ki, Əlirza Fərşi digər fəallarla yanaşı 2013-cü ildə Beynəlxalq Ana Dili Günündə Baharistan şəhərində həbs olunublar. Bu fəallar arasında Əkbər Azad, Əli Babalu, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi hər biri 2 il həbs və 2 il müxtəlif şəhərlərdə məcburi sürgün cəzasına məhkum edilib, digər fəallar barəsində isə həbs qərarı verilmişdi.

Əlirza Fərşi bu il fevralın 8-də həbsxanadan buraxılıb. Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və Tehran şəhərinin Evin zindanın, daha sonra isə Fəşafuyə zindanına köçürülmüşdü. O,  2023-cü il fevralın 8-də həbsxanadan buraxılmışdı.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …