Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəaldan xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı siyasi fəal Yürüş Mehrəlibəyli 50 günə yaxındır ki, Təbrizin ETTELAAT İdarəsinin təcridxanasında saxlanılır.

Son həftələrdə azadlığa buraxılan milli fəalların sözlərinə görə, İranın təhlükəsizlik qüvvələri həbs olunan şəxsləri, o cümlədən Yürüş Mehrəlibəylini zorla etiraf almaq üçün döyüb və onlara işgəncə veriblər.

Son zamanlar molla rejimi azərbaycanlı fəalın müvəqəti həbs müddətini də uzadıb. Eyni zamanda fəalın vəziyyəti barədə heç bir məlumat vermir.

Qeyd edək ki, Yürüş Mehrəlibəyli noyabrın 7-də Culfa şəhərində rejimin ETTELAAT qüvvələri tərəfindən tutularaq Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …