Cümə , Sentyabr 4 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Fatimə Atəşi Xiyavinin şərti azadlığa buraxılması tələbini rədd etdi

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Fatimə Atəşi Xiyavinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti rədd edilib.

Şəhid Müqəddəsi Hökm İcra Şöbəsi Fatimə Atəşi Xiyavinin müraciətini qəbul etməyib. Beləliklə, o, cəzasının yarıdan çoxunu çəkməsinə baxmayaraq, həbs müddətini Evin həbsxanasında davam etdirəcək.

Fatimə Atəşi Xiyavi 1403-cü ilin 5 isfənd tarixində Evin Prokurorluğunun Hökm İcra Bölməsinə müraciət etdikdən sonra saxlanılmış və həbs hökmünün icrası üçün Evin həbsxanasına köçürülmüşdü.

O, daha əvvəl sosial media fəaliyyəti və “dövlət quruluşu əleyhinə təbliğat” ittihamları ilə məhkəmə tərəfindən həbs cəzasına məhkum edilmişdi.

Məhkəmə qərarına əsasən, Fatimə Atəşi Xiyavi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində hakim Əbülqasım Sələvatinin sədrliyi ilə “ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq və sövdələşmə aparmaq” ittihamı üzrə 5 il həbs cəzası almışdı. Bu cəzanın 3 ili 5 il müddətinə şərti olaraq təxirə salınmışdı.

Bundan əlavə, o, “dövlət quruluşu əleyhinə təbliğat fəaliyyəti” ittihamı ilə daha 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Həmçinin yoxlayın

BMT-nin xüsusi məruzəçisi: İranda xalqlar xarici hücum və daxili repressiya arasında sıxışıb qalıb

GADTB: BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi İrana qarşı ABŞ-ın yeni hücumlarına toxunaraq bildirib: …

Tramp: Hörmüz boğazından neft axını müharibədən əvvəlki səviyyəyə qayıdıb

GADTB: ABŞ Prezidenti cümə axşamı, sentyabrın 3-də özünün “Truth Social” sosial şəbəkəsində paylaşdığı yazıda Hörmüz …