Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimi Gürcüstanda təsirini genişləndirməyə çalışır

GADTB: İsrailin baş naziri Benyamin Netanyahunun sabiq müşaviri Simon Bulşteyn Gürcüstanda İranla əlaqəli təşkilat və strukturlar şəbəkəsinin fəaliyyət göstərdiyini iddia edib.

Bulşteyn «Israel Hayom» qəzetində dərc olunan məqaləsində ABŞ-nin Hudson İnstitutunun araşdırmasına istinad edərək bildirib ki, Tehran dini, təhsil və ictimai təşkilatlar vasitəsilə Gürcüstandakı təsir imkanlarını genişləndirməyə çalışır.

Məqalədə analitik Koffinin fikirlərinə də yer verilib. O, Gürcüstan hakimiyyətini iddia edilən İranpərəst şəbəkələrə qarşı tədbirlər görməyə çağırıb.

Bununla yanaşı, Gürcüstan rəsmiləri daha əvvəl Hudson İnstitutunun hesabatında yer alan iddiaları rədd edərək onları siyasi kampaniyanın tərkib hissəsi adlandırıblar.

Məlumata görə, hesabatın dərcindən sonra Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti mümkün xarici təsir fəaliyyəti ilə bağlı araşdırmaya başlayıb.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …