Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Ramin Əliniya Təzəkəndə ağır həbs cəzası verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Tehrandakı Apellyasiya Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Ramin Əliniya Təzəkənd barədə ilkin məhkəmənin qərarını olduğu kimi qüvvədə saxlayıb.

Əslən Ərdəbildən olan və Tehranda yaşayan azərbaycanlı  milli fəal “toplaşmaq və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək məqsədilə əlbir olmaq” və “hakimiyyətə qarşı təbliğat aparmaq” ittihamları ilə 6 il həbsə məhkum edilib.

Eyni zamanda, onun həbsdən sonra iki il müddətinə ölkədən çıxışına, sosial mediada fəaliyyətinə, siyasi-ictimai qurumlara üzv olmasına da qadağa qoyulub.

Ramin barəsində hökm çıxaran qəddar hakim Salavati, milli fəalın İnstagram-dakı “Gündəm” adlı səhifəsində mədəni və ictimai paylaşımlarını ona qarşı irəli sürülən ittihamların sübutu kimi təqdim edib.

Qeyd edək ki, Ramin Əliniya 2022-ci il noyabrın 8-də İranda baş qaldıran etirazlarla eyni vaxtda tutulub. O, üç həftədən çox həbsdə qaldıqdan sonra 2022-ci ilin 30 noyabrında Evin zindanından girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …