Bazar ertəsi , Noyabr 23 2026
azfa

Molla rejimin həbs etdiyi Qaşqay fəal zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi Qaşqay milli fəal Əbülfəz Fətullah oğlu Kərəmi müvəqqəti sərbəst buraxılıb.

Mayın 23-də Şiraz şəhərindəki şəxsi mənzilində rejimin məmurları tərəfindən həbs edilən qaşqay fəal 2 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıb.

Kərəminin nədə ittiham olunduğu barədə hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, molla rejimin son vaxtlar qaşqay fəallara qarşı təzyiqləri artıb.

Həmçinin yoxlayın

Zənganda mərhum ustad Müslüm Əsgərinin xatirəsinə “Aşıqlar axşamı” mərasimi keçirilib

GADTB: 30 aban 1405-ci il, şənbə günü Zəngan şəhərindəki Mədəniyyət Mərkəzinin Yadegar salonunda “Aşıqlar axşamı” …

Müharibədən sonra Urmiya gölünün suyunun həcmi artıb

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani bildirib ki, Urmiya gölündəki suyun həcmi ötən illə …