Şənbə , İyun 22 2024
azfa

Molla rejimi azərbaycanlı fəal Səid Minaini Tehranda İnqilab Məhkəməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Səid Minaini Tehranda İnqilab Məhkəməsinə çağırıb.

Azərbaycanlı fəal Səid Minai İnstaqram səhifəsində hakim Sələvati tərəfindən Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinə çağırıldığını bildirib.

Bundan öncə isə azərbaycanlı fəal Səid Minainin istintaq iclası 21 aprel 2024-cü il bazar günü Evin Prokurorluğunun beşinci istintaq şöbəsində keçirilib və rejim azərbaycanlı fəalı “Toplaşmaq və milli təhlükəsizliyi pozmaq üçün əlbir olmaq” da ittiham etmişdi.

Bu günlərdə isə Azərbaycanın bir sıra digər fəalları da hakim Sələvati tərəfindən Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinə çağırılıb.

Həmçinin yoxlayın

Ermənilər Kəlbəcəri atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı …

“Fronline Defenders” molla rejimin həbs etdiyi azərbaycanlı vəkil ilə bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 20-də “Frontline Defenders” İnsan Haqları Təşkilatı bəyanat …