Çərşənbə , Noyabr 11 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı Evin zindanına köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Salar Tahir Əfşarı 5 illik həbs cəzasını çəkmək üçün Evin zindanına köçürüb.

Güney Azərbaycan fəalı Salar Tahir Əfşar Tehran İnqilab Məhkəməsinin hakim Salavatinin rəhbərlik etdiyi 15-ci şöbəsi tərəfindən “ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Milli fəal “milli təhlükəsizliyə qarşı fəaliyyət”də, “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq”da günahlandırılaraq 5 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Tahir Əfşar, fevralın 18-də özünün iş yerində saxlanılaraq SEPAH-ın kəşfiyyat bölməsinin Təbrizdəki təcridxanasına köçürülümüş və bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

O, bundan əvvəl də dinc fəaliyyətlərinə görə həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …