Şənbə , Oktyabr 17 2026
azfa

Qaşqay türkləri Traxturun yarışlarının Şiraz televiziyasından canlı yayımlanmasını istəyir

GADTB: Güney Azərbaycan vilayətlərinin televiziya şəbəkələrində Traxtur oyunlarının yayımlanmasının ardınca Qaşqay türkləri də Şiraz əyalət teleiziya şəbəkəsində Traxtur oyunlarının canlı yayımını istəyirlər.

Qaşqay türkləri Azərbaycan vilayətlərindən başqa Azərbaycanın Traxtor komandasının oyunlarının Şiraz əyalət şəbəkəsi ilə canlı yayımlanmasını tələb ediblər.

Bu xahiş bir daha onu göstərir ki, “Traxtor Azərbaycan” İran coğrafiyasında bir neçə müxtəlif vilayət və bölgələrdə ehtiraslı azarkeşləri və konkret tələbləri olan tək komandadır. Bu geniş azarkeş kütləsi Traxtor Azərbaycanı futbol komandasından trans-regional ölçüləri olan sosial fenomenə çevirib.

Qeyd edək ki, Güney Azərbaycanda əhalinin tələbi ilə son aylarda Şərqi Azərbaycanın Səhənd Şəbəkəsi ilə yanaşı, Traxtur komandasının oyunları Qərbi Azərbaycan Şəbəkəsi, Zəncanın İşraq Şəbəkəsi və Ərdəbilin Savalan Şəbəkəsi vasitəsilə canlı yayımlanıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …