Çərşənbə , Sentyabr 9 2026
azfa

Molla rejimi azərbaycanlı fəala ağır həbs və şallaq cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Vərziğan şəhərindən olan azərbaycanlı fəal İsmayıl Əhmədi 9 ay həbs və 70 şallaq cəzasına məhkum edilib.

Molla rejimi fəalı şərləyərək, onu “müqəddəsləri təhqir etmək”, “insanları daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətməyə təşviq etmək”; “düşmən şəbəkələri ilə əlaqə qurmaq”; “yalan məlumatlar yaymaq”; “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”da ittiham edib.

Qeyd edək ki, azərbaycanlı fəal İsmayıl Əhmədi daha öncə 2023-cü il avqustun 21-də  Süngün mis mədəninin işçilərinin acınacaqlı vəziyyətinə etiraz etdiyi üçün həbs edilib. Daha sonra isə avqustun 24-də Əhər şəhər mərkəzi zindanından 400 milyon tümən girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …