Bazar , Dekabr 22 2024
azfa

Molla rejimi azərbaycanlı fəallar Yusif Kari və Fərşid Piçqanlının həbs cəhdi uğursuz oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən irqçi fars-molla rejimin məmurları Ərdəbildə azərbaycanlı fəallar Yusif Kari və Fərşid Piçqanlını həbs etmək istəyiblər.

Bu məqsədlə rejimin məmurları həmin azərbaycanlı milli fəalların evinə hücum ediblər. Lakin azərbaycanlı milli fəalların evdə olmaması səbəbindən onların bu cəhdi uğursuz olub.

Molla rejimin məmurları hər iki fəalın evində axtarış aparıblar.

Qeyd edək ki, son günlər Urmiya gölünün qurudulmasına etirazlarla bağlı Güney Azərbaycan şəhərlərində çoxsayda azərbaycanlı fəal yaxalanıb.

Həmçinin yoxlayın

Dövlət quran, Qüdsü fəth edən türk komandan Səlahəddin Əyyubi

GADTB: Səlahəddin Əyyubi 1138-ci ildə İraqın Tikrit şəhərində doğulub. Atası, böyük Selçuqlulara bağlı Zəngi sülaləsinə …

Sayın Əjdər bəy Tağızadə və sayın Şahin bəyin “TBA TV“də “İran molla rejimi çökür, Qərb ölkələri alternativ hakimiyyət hazırlayır, biz nə etməliyik?” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …