Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi xanım fəal Züleyxa Qazizadə və şair Məhəmməd Şeyxülislamini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  avqustun 27-də Güney Azərbaycanın bir neçə şəhərində azərbaycanlı milli fəalları həbs edib.

Güney Azərbaycan Milli Hərəkatının qadın fəallarından olan Züleyxa Qazizadə dünən Ərdəbildə öz evində İranın ETTELAAT məmurları tərəfindən həbs edilərək naməlum yerə aparılıb.

Eyni zamanda rejimin ETTELAAT məmurları Miyana şəhərində yaşayan ədəbiyyatçı və şair Məhəmməd Şeyxülislami həbs ediblər.

Azərbaycanlı şair yaxalanarkən rejimin məmurları tərəfindən vəhşicəsinə döyülüb.

Qeyd edək ki, həmin şəxslərin həbsinin səbəbləri və aparıldığı yer barədə məlumat yoxdur.

Həmçinin yoxlayın

Tramp İrana yenidən hücum ehtimalından danışdı, lakin quru qoşunlarının göndərilməsini istisna etdi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə, xüsusilə Nətənz yaxınlığındakı yeraltı “Kuh Koləng Qəzla” …

Türkiyənin “Türk Dünyasının Mədəniyyət Atlası” dərsliyində Cənubi Azərbaycan əks olunub

GADTB: Türkiyənin Milli Təhsil Nazirliyi yeni tədris vəsaiti olan “Türk Dünyasının Mədəniyyət Atlası”nda Cənubi Azərbaycana …