Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi azərbaycanlı fəallar Yusif Kari və Fərşid Piçqanlının həbs cəhdi uğursuz oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən irqçi fars-molla rejimin məmurları Ərdəbildə azərbaycanlı fəallar Yusif Kari və Fərşid Piçqanlını həbs etmək istəyiblər.

Bu məqsədlə rejimin məmurları həmin azərbaycanlı milli fəalların evinə hücum ediblər. Lakin azərbaycanlı milli fəalların evdə olmaması səbəbindən onların bu cəhdi uğursuz olub.

Molla rejimin məmurları hər iki fəalın evində axtarış aparıblar.

Qeyd edək ki, son günlər Urmiya gölünün qurudulmasına etirazlarla bağlı Güney Azərbaycan şəhərlərində çoxsayda azərbaycanlı fəal yaxalanıb.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …