Şənbə , Aprel 19 2025
azfa

Molla rejimi azərbaycanlı körpəyə 11 aydır “Gurşad” adına doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı körpəyə 11 aydır “Gurşad” adına doğum şəhadətnaməsi vermir.

Güney Azərbaycanın Vərziğan bölgəsinin Köhnəli kəndindən olan azərbaycanlı ailə övladlarına Gurşad adlı qoyduqları üçün 11 aydır doğum şəhadətnaməsi ala bilmirlər.

“Gurşad” sözü türkcə “yağış seli” və ya “igid, cəsur” mənasını verir.

Uşağın atası Məhəmməd Zarei dəfələrlə rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinə müraciət etsə də, övladının adı qeydiyyata alınmayıb.

Məsələ məhkəməyə də çıxarılıb və Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin imtina qərarı qüvvədə saxlanılıb.

Bu olay Azərbaycan türklərinin ana dili və mədəni hüquqlarının pozulmasının daha bir nümunəsi kimi dəyərləndirilir və bir çox dil və mədəni fəallar tərəfindən etirazla qarşılanır.

Qeyd edək ki, İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə doğum şəhadətnaməsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir. İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Romada İran-ABŞ danışıqlarının II raundu keçirilir

GADTB: Romada İran-ABŞ danışıqlarının ikinci raundu başlayıb. Bu barədə İran mediası məlumat yayıb. Danışıqlara İran …

Dr. Tohid Məlikzadə: Pəhləvi dövründə Ərdəlan vilayətinin adı necə Kürdüstana çevrildi?

GADTB: Pəhləvi dövründə İranın siyasi-mədəni və iqtisadi sahələrində ən fəlakətli dəyişikliklər, özünə vətənpərəst deyən ziyalıların …