
GADTB: İrqçi fars-molla rejimin Ərdəbildəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi “Elana” adlı körpəyə doğum haqqında şəhadətnamə verməkdən boyun qaçırırlar.
Azərbaycanlı körpə 16 gündür ki, onu doğum haqqında şəhadətnaməsiz qalır.
Azərbaycanlı körpənin atası Heydər Əsədi Balamın Adı kampaniyasına bu barədə deyib: “Qızımız 2025-ci il martın 21-də dünyaya gəlib və həyat yoldaşım Elay Şirmohəmmədi ilə mən ona Elana adını seçdik. Təəssüf ki, Ərdəbildə Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi bildirir ki, sistem həmzəni (e hərfini) qəbul etmədiyi üçün Elana adına doğum haqqında şəhadətnamə verə bilməyəcəklər. Onlar doğum şəhadətnaməsi verilərsə, İlana kimi qeydə alınacağını bildirdilər. İlananın mənası Elanadan tamamilə fərqli olduğu üçün biz bu tələbin qəti əleyhinə çıxdıq. El türkcə tayfa və soy, il türkcə isə il deməkdir. Deməli, Elana tayfanın anası və ya tayfanın hörmətli anası deməkdir, lakin İlana “ilin anası” deməkdir və bizim seçdiyimiz adla semantik əlaqəsi yoxdur. Biz əvvəllər Təbrizdə Elana adı ilə qeydə alınmış doğum haqqında şəhadətnamələrin iki nümunəsini Ərdəbilin vətəndaşlıq qeydiyyatı idarəsinin əməkdaşlarına göstərdik, lakin onlar sistemin onlayn olduğunu və bununla bağlı heç bir səlahiyyətlərinin olmadığını bildirdilər. Hər şey Tehranın əlindədir və Tehrandakı Vətəndaşlıq Qeydiyyatı Təşkilatının məsul şəxsləri sistemi açmalıdırlar ki, bu adı samit formasında qeyd edə bilsinlər.”
Bundan öncə də rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi ad sistemində “Elana, Sevgi, Elman və Elşən” kimi samitli türk adları “seçilməz” olaraq göstərilir və bu adlar üçün doğum şəhadətnaməsi verilmir, anacaq “Faezə, Faiqə” və Maidə kimi samitli türk olmayan adlar isə icazə verilən adlar kimi görünür,
Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.