Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi azərbaycanlı körpəyə türk adına görə doğum haqqında şəhadətnamə vermir

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı körpəyə türk adına görə doğum haqqında şəhadətnamə vermir.

Molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi yeni doğulan Elin adlı körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edib

Rejimin həmin idarəsi hətta digər alternativ türk adlarına da qarşı çıxıb.

Elin adı əvvəllər İranın türkdilli bölgələrində bir çox insanlar üçün qeydə alınıb və son vaxtlara qədər vətəndaşlıq qeydiyyatı sistemində də olub, lakin  müşahidələr göstərir ki, əvvəllər “icazə verilən” adlar kimi tanınan bir çox türk adları bu sistemdən çıxarılıb.

Qeyd edək ki, İranda Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəsmiləri uşaqlarına türk adı seçən valideynləri bu qərardan daşındırmaq üçün müxtəlif süründürməçilik üsullarından və süni yaradılmış bürokratik əngəllərdən istifadə edirlər.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …