Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Şimali Kipr Türk Cümhuriyyəti Türk dövlətlərinə təşəkkür edib

GADTB: Şimali Kipr Türk Respublikasının (ŞKTC) əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlu ölkəsinə Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusda çıxış etmək imkanı yaratdıqlarına görə Türk dövlətlərinə təşəkkür edib.

Bu barədə o, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyunun 11-də Bakıda “Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişafa” mövzusunda keçirilən tədbirdə danışıb.

Çıxışçı bu yolda Türkiyəyə həm can, həm də könül borcları olduğunu vurğulayıb.

Sadık Qardiyanoğlu Azərbaycanın Qarabağ zəfərindən də söz açaraq vurğulayıb ki, İkinci Qarabağ müharibəsi dövründə bütün türklərin qəlbi Azərbaycanda döyünürdü: “Biz Azərbaycanın qələbəsini sevinc göz yaşları ilə izləyirdik”.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …