Cümə axşamı , Sentyabr 17 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Salar Tahir Əfşarın həbs cəzasını artırdı

GADTB: Azərbaycanlı milli fəal Salar Tahir Əfşarın cəzası Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsinin qərarı ilə artırılıb.

Yeni hökmə əsasən, daha əvvəl bir il həbs və iki il ölkədən çıxış qadağası alan Salar Tahir Əfşar 5 il müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı, ona bir il ölkədən çıxış qadağası da tətbiq olunub.

Məhkəmənin qərarında bildirilir ki, Əfşar bir sıra məhkəmə hökmləri və Qərçək zindanında baş verən ölüm faktı ilə bağlı bəyanatların hazırlanmasında, imzalanmasında və yayılmasında iştirak edib. İttihama görə, bu bəyanatlarda Şərifə Məhəmmədi, Bəxşan Əzizi və Vərişe Muradi barədə verilmiş hökmlər, eləcə də Süməyya Rəşidinin Qərçək həbsxanasında şübhəli ölümü ilə bağlı fikirlər yer alıb.

Fəalın bu fəaliyyətinə görə “böhtan atmaq” və “məhkəmə ilə bağlı yalan məlumatlar paylaşmaq” ittihamları ilə cəzalandırıldığı qeyd olunur.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …