Çərşənbə , Noyabr 11 2026
azfa

İran Futbol Federasiyası Traxturla bağlı düşməncəsinə qərar verdi

GADTB: Traxtur azarkeşlərinin Pəhləvi əleyhinə səsləndirdiyi şüarlardan sonra İran Futbol Federasiyasının İntizam Komitəsi Traxtur klubu ilə bağlı cəza qərarı verib. Qərara əsasən, Traxtur komandasının ölkə kuboku çərçivəsində keçirəcəyi bütün oyunlar tamaşaçısız təşkil olunacaq.

Bununla yanaşı, Traxtur azarkeşləri növbəti mövsüm ölkə kubokunda “Piruzi” (Persepolis) komandası ilə keçiriləcək qarşılaşmanı stadiondan izləmək hüququndan da məhrum ediliblər.

İntizam Komitəsinin qərarına əsasən, Traxtur klubu 3 milyard tümən məbləğində pul cəriməsi ödəməyə məhkum edilib. Eyni zamanda, klubun 12 lider azarkeşi 6 ay müddətinə futbol fəaliyyəti ilə bağlı bütün proseslərdən kənarlaşdırılıb.

Qeyd edək ki, bu qərar Traxtur azarkeşlərinin stadionlarda səsləndirdiyi siyasi məzmunlu şüarlardan sonra verilib və ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …