Çərşənbə axşamı , Aprel 22 2025
azfa
Qaynar xəbər

Molla rejimi azərbaycanlı milli fəalları məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə yaşayan azərbaycanlı milli fəallar Səməd Heydəri və Rza Səlimini məhkəməyə çağırıb.

Məhkəmənin elektron poçt vasitəsilə göndərdiyi çağırış məktubunda, azərbaycanlı fəallardan barələrində irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı etmək üçün 5 gün ərzində məhkəməyə getmələri istənilib.

Qeyd edək ki, azərbaycanlı fəallar Səməd Heydəri və Rza Səlimi molla rejimin məmurları tərəfindən yanvarın 23-ü gecə saatlarında Təbrizdə həbs edərək Təbriz həbsxanasına köçürülmüşdülər.

Azərbaycanlı fəallar fevralın 5-də hər biri 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıblar.

Hər iki fəal barəsində “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Onlar bundan əvvəl də 2022-ci ilin etiraz aksiyalarında və “Traxtur” komandasının oyununda həbs ediliblər.

Həmçinin yoxlayın

Molla rejimi Muğanda sosial media fəalını həbs edib

GADTB: Ərdəbil əyalətinin Parsabad şəhərində azərbaycanlı sosial media fəalı saxlanılıb. Parsabadda rejimin Polis İdarəsinin komandiri …

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurası Şimali Qibris Türk Cümhuriyyətində toplanırlar

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 17-ci toplantısı mayın 1-2-də Şimali Qibris Türk Cümhuriyyətinin …