Cümə axşamı , Sentyabr 19 2024
azfa

Molla rejimi azərbaycanlı vəkili mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı vəkil və hüquq müdafiəçisi Məhəmmədrza Fəqihini mühakimə edib.

Tehranın İnqilab Məhkəməsinin 28-ci bölməsində keçirilən məhkəmə iclasında Fəqihi barəsində irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı edib.

Azərbaycanlı vəkilə qarşı “ictimai asayişi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı irəli sürülüb.

Fəqihi 2022-ci il oktyabrın 12-də Tehranda vəkillərin “etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirdikləri aksiyada iştirak etdiyinə görə həbs edilmişdi.

Qeyd edək ki, Məhəmmədrza Fəqihi ictimai asayişi pozmaq ittihamı ilə 12 oktyabr 2022-ci il Vəkillər Birliyi binasının qarşısında keçirilən oturaq aksiya və toplaşma ilə eyni vaxtda rejimin qüvvələri tərəfindən həbs edilmiş və bir neçə gün təkadamlıq kamerada saxlandıqdan sonra  25 oktyabr 2022-ci ildə zaminə buraxılmışdı.

Məhəmmədrza Fəqihi bundan öncə bir sıra milli fəalın, o cümlədən Abbas Lisaninin də müdafiəçisi kimi çıxış edib.

Həmçinin yoxlayın

Milla rejimi İrəvanda ilk xarici ticarət mərkəzini açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 1-də Ermənistanın paytaxtı İrəvanda İranın xaricdəki ilk …

Təbrizli alim dünya alimləri siyahısında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ekoloq Əhməd Bayburdi ardıcıl olaraq üçüncü dəfə …