
GADTB: İrqçi fars-molla rejimi Təbriz sakini azərbaycanlı xanım fəal Sima (Əkrəm) Əlipurun ölkəni tərk etməsinə qadağa qoyub.
Məlumata görə, bu barədə Təbriz İnqilab Məhkəməsinin 3-cü istintaq bölməsi qərar çıxarıb.
Qərara əsasən, xanım Əlipur 6 ay ərzində ölkəni tərk etmək hüququndan məhrum edilib. Bildirilib ki, martın 13-də təhlükəsizlik qüvvələri Təbrizdə yaşayan milli fəal Sima Əlipurun evinə hücum edib, axtarış aparıb və onun mobil telefonunu müsadirə ediblər.