
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz Universitetinin fəlsəfə ixtisası üzrə təhsil alan öyrənci Nima Səracian Təbrizi, elektrotexnika fakültəsinin tələbəsi Əli Keşvərgir, material və metallurgiya fakültəsinin öyrəncisi Arvin Ebrahimi universitetdən xaric edib.
Hər üç öyrənci sentyabrdan başlanan öyrənci aksiyalarında həbs olunmuşdülar.
Rejimin məmurlarının işgəncə və və zorakılığına məruz qalan öyrəncilər həbsdən azad edildikdən sonra universitetin mühafizəsi bu 3 öyrəncini universitetə buraxmayıb.
Universitetin mühafizəçiləri onların universitetə daxil olmasına mane olmaqla, onların tələbə vəsiqələrini də cırıblar.